Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu
Bu Qanun Azərbaycan Respublikasında əlillər barəsində dövlət siyasətini müəyyən edir, əlilliyi doğuran səbəblərin aradan qaldırılmasına, əlillərin reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir.
Əlilliyin dərki cəmiyyətdə müxtəlif növ əlilliyi
olan (mental və fiziki) insanlara qarşı münasibətin dəyişməsinə,
onların hüquqlarının, tələbatlarının, potensialının və tövhələrinin
qəbul olunmasına yönəlmiş fəaliyyətin hazırlanıb həyata keçirilməsini
tələb edir. «Lotos» Əlilliyin Dərki və Təlim Mərkəzinin fəaliyyəti
əlil insanların cəmiyyətə inteqrasiyasına yardım etməkdən ibarətdir.
Bu məqsədlə Mərkəzin əməkdaşları bir neçə istiqamətdə iş aparırlar.
«Lotos» Azərbaycandakı qeyri-hökumət təşkilatlarının fəaliyyəti, həyata keçirdiyi layihələri, əlaqə üçün informasiya və digər yeniləşdirilmiş məlumatı əks etdirən kataloq nəşr etdirib.
«Lotos» mərkəzi rejissor Şamil Nəcəfzadə ilə birlikdə Açıq Cəmiyyət İnstitutu/Yardım Fondunun maliyyə dəstəyi ilə «Qısa monoloqlar» filmini çəkmişdir. Layihənin məqsədi – kino, televiziya və digər mətbuat vasitələri ilə əlilliyi olan insanlara qarşı cəmiyyətdə mənfi stereotiplərdən azad münasibət formalaşdırmaqdan ibarətdir.